Haqqımızda

İqtisad Universitetinin mövcud olduğu bütün tarixi mərhələlərdə başqa ictimai təşkilatlarla (Xalq Nəzarət Komitəsi, Qadınlar Şurası və s.) yanaşı, Həmkarlar Komitəsi də təhsil, təlim-tərbiyə, sosial-mədəni sahələrin təşkili və inkişafında mühüm rol oynamışdır.
1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki UNEC) müstəqil fəaliyyətə başladıqda ayrı-ayrı bölmələr kimi, Həmkarlar Komitəsi də institutun dövrün tələblərinə uyğunlaşması yönümündə bütün gücünü səfərbər etmişdir. 2022-cü il fevralın 7-dən dən UNEC-in Həmkarlar Komitəsinə Rüfət Süleymanlı sədrlik edir.

İttifaqın struktur genişliyi və üzv sayı
Azərbaycan Dövlət İqtisad Universitetinin daxili və üzv təşkilatlarına uyğun olaraq 4 tədris korpusu və Zaqatala filialı aiddir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatları sırasında I, II, III və IV tədris korpusları, eləcə də Zaqatala filialı xüsusi yer tutur.Bunlardan tədris korpusları daxili, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı isə üzv təşkilatdır. Bu korpuslar və filial universitetin daxili strukturunu təşkil edir və tədris, elmi, sosial-mədəni fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir.
Azərbaycan Dövlət İqtisad Universiteti Həmkarlar İttifaqı Komitəsinin əsas fəaliyyət istiqamətləri:


