“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Rəhbərlik

Sədr

Süleymanlı Rüfət Natiq oğlu

Doğum tarixi

1994: anadan olmuşdur.


Təhsil

2012–2016: Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakültəsində bakalavr təhsili almışdır.

2016–2019: Odlar Yurdu Universiteti, Bank işi ixtisası üzrə magistr təhsili almışdır.

2019–2021: Odlar Yurdu Universiteti, Sahə İqtisadiyyatı üzrə doktorantura təhsili almışdır.

Karyera

2013: Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

2014–2022: Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

2013 və 2015: YAP Səbail rayon təşkilatı tərəfindən ictimai-siyasi fəaliyyətində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

2016: Sosial-ictimai fəaliyyətində fərqləndiyinə görə Səbail rayonu tərəfindən “İlin gənci” adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin yarımfinalçısı olmuşdur.

2020: UNEC-in 90 illik yubileyi münasibətilə səmərəli fəaliyyəti ilə əlaqədar Təhsil İşçiləri Respublika Komitəsi tərəfindən təltif edilmişdir.

2021: Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı və Fəxri Fərmanla təltif olunmuşdur.

2022-fevralın 7-dən: UNEC Həmkarlar İttifaqı Komitəsinin sədridir.

2023-martın 3-dən: UNEC Sosial Məsələlər Komissiyasının sədridir.